Çempionlar Liqası: “Qarabağ” səfərdə qələbə qazandı

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində “Linkoln” (Cəbəllütariq) və “Qarabağ” komandaları üz-üzə gəlib.

turaninsesi.az” xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada ağdamlılar rəqiblərindən iki top fərqi ilə üstün olub.

Matçın 45+2-ci dəqiqəsində Juninyo “köhlən atlar”ı önə çıxarıb.

Qarşılaşmanın 75-ci dəqiqəsində isə Toral Bayramov oyunda yekun hesabı müəyyən edib – 0:2.

Komandalar arasında cavab oyunu iyulun 30-da Bakıda keçiriləcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir