Bu planetdə yaşam var imiş… – Görün, nə tapıldı  

Astronomlar Veneranın atmosferindəki buludlarda həyat əlamətləri ola biləcək elementlər aşkar ediblər. 

turaninsesi.az” xəbər verir ki, alimlər Günəş sisteminin ikinci ən isti planeti olan Veneranın atmosferinin dərinliklərindəki buludlarda həyat əlaməti ola biləcək fosfin və ammonyak kimi elementlər tapıblar.

Astronomlar Havaydakı Ceyms Klerk Maksvell Teleskopunun (JCMT) Venera layihəsindən və ABŞ Aeronavtika və Kosmik Agentliyinin ( NASA ) 1978-ci ildə buraxılmış “Pioner Venera 2” atmosfer zondlarından əldə edilən məlumatları araşdırıblar. Araşdırmada təxminən 55 kilometr yüksəklikdəki Veneranın buludlarında oksigensiz mühitlərdə yaşayan mikrobların çıxardığı fosfin qazı və ammonyak molekullarının varlığına dair ipuçları əldə edilib. 

London İmperial Kollecindən Dr. Dave Clements və komandası fosfin, kükürd dioksidi və su da daxil olmaqla müxtəlif digər molekulları aşkar etmək üçün JCMT-Venera layihəsindəki məlumatlardan istifadə ediblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir