Tural Gəncəliyev Xankəndidən deputatlığa namizəd olacaq

0

Milli Məclisin deputatı Tural Gəncəliyev sentyabrın 1-də keçiriləcək parlament seçkilərində yenidən namizəd olacaq. 

Bu barədə turaninsesi.az – ın  sorğusuna cavab olaraq deputatın köməkçisi məlumat verib. 

Məlumata görə, Tural Gəncəliyev yenidən 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürəcək. 

Tural Gəncəliyev 6 mart 1980-ci ildə Şuşa şəhərində anadan olub. O, 2020-ci ildə ilk dəfə Xankəndidən deputat seçilib. Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) 122 saylı dairədən namizədi Məmmədov Aqil Kamran oğludur. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir