Hakimiyyət ciddi dəyişikliklərə hazırlaşır: Milli Məclisdə 3 yeni vitse-spiker – ADLAR

0

Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin ötən gün keçirilən iclasında növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısı təsdiqləndi. YAP 125 dairənin hər birində öz namizədini irəli sürməklə marafonun favoritini olduğunu ortaya qoydu. 

Turanın səsi ” bildirir ki, YAP-ın budəfəki siyahısı ciddi müzakirə mövzusu olaraq qalır. 2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkilərində 27 qadının namizədliyini irəli sürən hakim partiya bu dəfə 34 xanıma etimad göstərib. Həmçinin, gənc nəsli təmsil edən 20-ə yaxın YAP üzvü iqtidar partiyasının seçkidəki namizədi ola bilib. 

Qeyd edək ki, YAP-ın ötən gün açıqladığı siyahıda diqqətçəkən ən önəmli məqam partiyanın məşhur simalarından bir neçəsinin mübarizədən kənarda qalmasıdır. Bəlli olduğu kimi, YAP Vasif Talıbov, Oqtay Əsədov, İsa Həbibbəyli, Səttar Möhbalıyev, Cavid Osmanov, Mahir Abbaszadə kimi məşhur üzvlərinə bu dəfə etimad göstərmədi. Partiya sırasında yer alan bəzi stajlı YAP-çıların namizədliyinin isə formal xarakter daşıdığı bildirilir. Onların namizəd olduqları dairələrdə aparıcı müxalifət funksionerlərinin və cəmiyyətdə nüfuz sahibi olan tanınmış ziyalıların qalib elan ediləcəyi iddia olunur. 

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, hakimiyyət Milli Məclisin timsalında daha ciddi dəyişiklərə hazırlaşır. Bu dəyişikliklərin parlamentin rəhbərliyini əhatə edəcəyi deyilir. Məlumatlı şəxsin saytımıza bildirdiyinə görə, Milli Məclisin hazırkı sədri Sahibə Qafarova öz postunu qoruya biləcək. Amma birinci vitse-spiker və digər iki spiker yeni şəxslərlə əvəzlənəcək. 

Yenisabah.az parlament yeni tərkibdə fəaliyyətə başlayandan sonra Milli Məclisin rəhbərliyində təmsil olunacaq şəxslərin adlarını öyrənə bilib. Məlum olub ki, deputat Tahir Mirkişili birinci vitse-spiker postunu tutacaq. Hazırda Baş nazirin müavini vəzifəsində çalışan Əli Əhmədov isə iyulun 8-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən sabiq vitse-spiker Adil Əliyevi əvəzləyəcək. Parlamentdə müxalifəti təmsil edən digər vitse-spiker Fəzail İbrahimlini isə BQP sədri Fazil Mustafa əvəz edəcək. 

Məlumatlı şəxs YAP rəhbərliyinin bu qərarı hakimiyyətin yuxarı eşelonu ilə razılaşdırdığını bildirib. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir