Atışmadan sonra Trampdan ilk açıqlama: Ölməli idim…
Donald Tramp atışmadan sonra “New York Post” qəzetinə ilk müsahibəsini verib.
“Turanın səsi ” xəbər verir ki, Tramp qeyri-qanuni mühacirlərlə bağlı cədvəli oxumaq üçün başını bir az sağa çevirməsəydi öləcəyini bildirib:
“Xəstəxanadakı həkim mənə əvvəllər belə bir şey görmədiyini, bunun möcüzə olduğunu söylədi. Burada olmamalı idim, ölməli idim”.
Tramp güllələndikdən sonra çıxışına davam etmək istəyib. Lakin ‘təhlükəsiz’ olmadığı üçün Gizli Xidmət Agentləri buna icazə verməyib.
Üzü qan içində, yumruğu havada olan fotosu haqda danışan sabiq prezident “Bir çoxları deyir ki, bu, indiyə qədər gördükləri ən simvolik fotodur. Düz deyirlər, mən ölmədim. Adətən ikonik bir şəkil üçün ölməlisən”, – deyə cavab verib.
O bildirib ki, xəstəxana həkimi ona AR-15 ilə vurulandan sonra sağ qalanı görmədiyini deyib.
Tramp hücumda həyatını itirən yanğınsöndürənin dəfn mərasiminə qatılmağı düşünür.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI