Trampa sui-qəsd cəhdi xalqın iradəsinə hücumdur – Türkiyə XİN
ABŞ-nin keçmiş prezidentinə və qarşıdan gələn seçkilərdə prezidentliyə namizədlərdən biri olan Donald Trampa Pensilvaniyada seçki kampaniyası zamanı edilən hücumu ən sərt şəkildə qınayırıq.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilir.
“Sözügedən sui-qəsd həm də xalqın iradəsinə hücumdur. Demokratik siyasətə zorakılıq, dövlət çevrilişi və digər qeyri-qanuni yollarla müdaxilə yolverilməzdir.
Ümid edirik ki, ABŞ-də seçkilər dinc şəraitdə baş tutacaq”, – XİN qeyd edib.