Əliyev: Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq
Trampa qarşı edilən hücum şok və dəhşət doğurur.
“Turanın səsi ” xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkəsindəki paylaşımında yer alıb.
“Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Trampın tezliklə sağalmasını arzu edirik”, – paylaşımda deyilir.
Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI