İnstitut: “İran dronların tədarükü fonunda Rusiyadan bərabərhüquqlu münasibətlər tələb edəcək”
İran nüvə proqramının həyata keçirilməsində yardım müqabilində Rusiyanın kamikadze dronların tədarükündən asılılığından istifadə etməyə başlayıb.
“Turanın səsi” xəbər verir ki, bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu gəlib.
Rusiya yüksəkdəqiqlikli hərbi sursatlar arsenalının tükənməsi problemini həll etmək üçün İran istehsalı silah sistemləri alır. Təhlilçilər fikrincə, Tehran hökuməti, çox güman ki, öz nüvə proqramını reallaşdırmasında yardım etməsi barədə Moskvaya müraciət etmək üçün artıq Rusiyanın İran istehsalı silahlardan asılılığından istifadə edir:
“Nüvə sahəsində yardım xahişi və PUA tədarükünün etirafı – hər ikisi onu göstərir ki, İran rəsmiləri, çox güman ki, Rusiya ilə bərabərhüquqlu tərəfdaş olacaqları ikitərəfli təhlükəsizlik münasibətlərini daha dəqiq müəyyən etmək niyyətindədirlər