Azərbaycan Premyer Liqası: “Neftçi” autsayderlə oyunda xal itirib

0


Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

Turanın səsi” in məlumatına görə, “Neftçi” Sumqayıtda eyniadlı komandanın qonağı olub. “Kapital Bank Arena”da oynanılan görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

İlk qolu 42-ci dəqiqədə meydan sahibləri vurublar. Yeni transfer Riçard Qadze fərqlənib. 47-ci dəqiqədə Qodsvey Donyo tarazlığı bərpa etsə də, 61-ci dəqiqədə Murad Xaçayev “gənclik şəhəri” təmsilçisini yenidən hesabda önə keçirib. Son nöqtəni isə 87-ci dəqiqədə qonaqlardan Ataa Caber qoyub.

Bu nəticədən sonra xallarını 26-ya çatdıran “Neftçi” 3-cü pillədəki mövqeyini qoruyub. 5 xalı olan “Sumqayıt” isə sonuncudur.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” səfərdə “Turan Tovuz”a 3:1, “Qəbələ” isə evdə “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib. Tura noyabrın 6-da keçiriləcək “Səbail” – “Sabah” və “Qarabağ” – “Kəpəz” görüşləri ilə yekun vurulacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir