İstanbul derbisi: “Qalatasaray” evdə “Beşiktaş”a qalib gəlib

Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub.

Turanın səsi” xəbər verir ki, XIII tura təsadüf edən oyunda “Beşiktaş” “Qalatasaray”ın qonağı olub. NEF stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 18-ci dəqiqədə “sarı-qırmızılılar”dan Mauro İkardi açıb. 28-ci dəqiqədə “qara qartallar”ın hücumçusu Cenk Tosun tarazlığı bərpa edib. Matçda son nöqtəni də İkardi qoyub. 59-cu dəqiqədə fərqlənən argentinalı forvard komandasına vacib qələbə qazandırıb.

Bu nəticədən sonra xallarını 24-ə çatdıran “Qalatasaray” 2-ci pilləyə yüksəlib. 22 xalı olan “Beşiktaş” 5-cidir. Turnir cədvəlinə 26 xalla “Fənərbağça” başçılıq edir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir