Niderland – İngiltərə matçı öncəsi dava düşdü (foto)

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinin Niderland – İngiltərə matçından öncə hər iki komandanın azarkeşləri arasında dava düşüb.

 “Turanın səsi ” “Daily Mail”ə istinadən xəbər verir ki, qarşılaşmanın başlamasına az müddət qalmış görüşün keçiriləcəyi Dortmund şəhərində Niderland tərəfdarlarından bir neçəsi ingiltərəli fanatların üzərinə hücum ediblər.

İnsident nəticəsində hücuma məruz qalan 5 azarkeş xəsarət alıb.

Hadisəyə niderlandlı azarkeşlərin İngiltərə bayrağını oğurlamağa cəhd etməsi səbəb olub.

Qeyd edək ki, “Siqnal İduna Park”da baş tutacaq Niderland – İngiltərə matçı bu gün saat 23:00-da start götürəcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir