Orban Ərdoğana üz tutdu: Xahiş edirəm…

Macarıstanın baş naziri Viktor Orban Rəcəb Tayyib Ərdoğandan onun sülh təşəbbüsünü dəstəkləməyi və Ukraynadakı münaqişənin həlli üçün səyləri birləşdirməyi xahiş edib.

Turanın səsi ” xəbər verir ki, Orban Vaşinqtonda NATO sammiti çərçivəsində Ərdoğanla danışıqlardan sonra “Facebook” sosial şəbəkəsində yayımlanan videomüraciətində bildirib:

“Mən cənab prezidentdən sülh missiyamızda bizə dəstək verməsini xahiş etdim. Döyüşən tərəflərin mövqeləri hələ də bir-birindən uzaqdır. Amma “sülh dostları” birləşsə, vahid səylə sülhə doğru növbəti addımı ata bilərik”.

Macarıstanın baş naziri, həmçinin Türkiyə prezidentini “taxıl müqaviləsi” bağlayarkən Ukrayna münaqişəsində uğurlu vasitəçilik təcrübəsi olan yeganə hökumət lideri adlandırıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir