Azərbaycan ciddi dəyişikliklər astanasında: Tanınmış müxalifətçiyə vəzifə verilir 

0

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra ölkənin siyasi həyatında ciddi yeniliklər olacaq. 

Parlament seçkilərinin hakimiyyət və opponentləri arasındakı buzları əridəcəyinə dair iddialar var. 

Turanın səsi ” xəbər verir ki, Azərbaycan hakimiyyəti bu dəfə daha geniş siyasi palitranı əhatə edəcək parlamentin formalaşmasında maraqlıdır. Əvvəlki dövrdən fərqli olaraq, parlamentin yeni tərkibində real müxalifət nümayəndələrinin də təmsil olunması nəzərdə tutulub. 

Seçicilərin etimadını qazanacaq tanınmış müxalifət funksionerlərinə nəinki maneəçilik törədiləcək, əksinə, onların qarşısında “yaşıl işıq” yandırılacaq. 

Parlament seçkilərinə qatılacaq bütün müxalifət partiyalarının qanunverici orqanda təmsil olunmaq ehtimalı yüksək qiymətləndirilir. Hətta uzun illərdən bəri qapı arxasında qalan Müsavat nümayəndələrinin də bu dəfə mandat sahibi ola biləcəyi ehtimal edilir. 

Məlumata görə, hakimiyyətin müxalifətlə bağlı planı bununla da məhdudlaşmır. İddialara görə, iqtidar öz opponentlərinə etimad göstərməyə hazırlaşır. 

Məlumatlı şəxsin saytımıza bildirdiyinə görə, parlamentin yeni sədarəti formalaşarkən rəhbərlikdə müxalif deputatların da təmsil olunması nəzərdə tutulub. 

Vitse-spikerlərdən birinin tanınmış müxalifət təmsilçisi olacağına dair iddialar var. 

Mənbə bu postu tutmağa şanslı olan müxalifət təmsilçilərinin adlarını da açıqlayıb. Onun sözlərinə görə, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın və deputat seçiləcəkləri təqdirdə Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə Müsavat Partiyasının tanınmış funksioneri Arzu Səmədbəylinin də vitse-spiker olmaq şansı var. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir