Rəsmi Bakının Pezeşkiandan gözləntisi – XİN rəhbəri danışdı

İranda yeni prezident vəzifəsinin icrasına başlayandan sonra əsas gözləntimiz Azərbaycanla münasibətlərin daha da inkişafı istiqamətindədir.

Turanın səsi ” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.

“Bilirsiniz ki, bu yaxınlarda İranda növbədənkənar seçkilər keçirildi və yeni prezident seçildi. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev ona (Məsud Pezeşkian) təbrik ünvanladı. Mən onu da qeyd etmək istəyirəm ki, biz bundan sonra da Azərbaycanla İran arasında razılaşdırılmış layihələrin icrasında maraqlıyıq”, – nazir qeyd edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir