İranın yeni prezidenti Azərbaycan dilində danışdı (Video)
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İslam Respublikasının yeni seçilmiş prezidenti Məsud Pezeşkian ilə görüşüb.
İnternetdə yayımlanan kadrlarda Pezeşkianın seçkilərdə keçmiş rəqibini Azərbaycan dilində salamlaması görünür.
Xatırladaq ki, Məsud Pezeşkian İranda keçirilən prezident seçkilərində ikinci turda qalib olub. Pezeşkiana 16 milyon 384 min vətəndaş səs verib. Onun rəqibi Səid Cəlilini 13 milyon 538 min iranlı dəstəkləyib.
Rəsmi məlumata görə, seçici fəallığı 49,8% təşkil edib. Eslaminin sözlərinə görə, səsvermənin ikinci turunda 30,530 milyon seçici iştirak edib, İranda isə təxminən 61 milyon insan səsvermə hüququna malikdir. Prezident seçkilərinin birinci turunda seçici fəallığı təxminən 40% təşkil edib ki, bu da İslam Respublikası tarixində ən aşağı göstəricidir.
İranlı siyasətçi, parlamentin üzvü Məsud Pezeşkian 1954-cü il sentyabrın 29-da Mahabad şəhərində (Qərbi Azərbaycan vilayəti, İran) dindar ailəsində anadan olub. O, etnik azərbaycanlıdır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI