Ceyhun Bayramov Hakan Fidanla görüşdü
Xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla regional məsələləri müzakirə edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Azərbaycanın baş diplomatı sosial şəbəkədə bildirib.
“Şuşada keçirilən Türk Dövlətlərin Təşkilatının qeyri-rəsmi Zirvə Görüşü çərçivəsində Xarici İşlər Nazirləri Şurasının İclasından öncə qardaş Türkiyənin xarici işlər naziri Hakan Fidanla müttəfiqlik, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında faydalı fikir mübadiləsi apardıq”, – deyə o qeyd edib.