Prezident 3 səfirin etimadnamələrini qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 1-də Qırğız Respublikasının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanovun etimadnaməsini qəbul edib.
“Turanın səsi ” xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Bundan başqa, o, Kanadanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun və Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Henri Jr. Bensurtonun etimadnamələrini qəbul edib.