DİN-in Mətbuat Xidmətindən verilən məlumatlar (həftə ərzində)
❗Danışmaq üçün telefon istədi, amma məqsədi başqa idi…
İyunun 18-də bir nəfərin bank kartından 306 manatının oğurlanması barədə Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə məlumat daxil olub.
Araşdırmalarla taksidə olan qadının zəng etmək adı ilə aldığı telefondan mobil tətbiq vasitəsilə 306 manat oğurlayaraq öz hesabına köçürməsi məlum olub.
Keçirilən tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü qadın müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
*
❗Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 22-də rayon ərazisində yerləşən restoranların birindən 4800 manat pul oğurlamaqda şübhəli bilinən E.İsmayılov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
*
❗Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinə bir nəfərin bank kartından 300 manatının oğurlanması barədə məlumat daxil olub.
Araşdırmalarla avtoyuma məntəqəsində həmin şəxsin “Toyota” markalı avtomobilindən bank kartının oğurlanması və hesabındakı 300 manatının çıxarılması məlum olub.
Keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Yalçın İsmayılov saxlanılıb.
Araşdırma aparılır.⤵️⤵️⤵️
❗ Yeniləndi
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən digər şəxs – əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Murad Məmmədov saxlanılıb.
*
❗Neftçalada saxlanılan paytaxt sakinindən 12 kiloqram narkotik götürülüb
Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Bakı şəhər sakini Kamran Əliyev rayon ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 12 kiloqram marixuana aşkar edilib.
Araşdırmalar zamanı K.Əliyevin narkotik vasitəni sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından aldığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
*
❗DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,
❗İyunun 24-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
❗Axtarışda olduğuna görə ümumilikdə 103, o cümlədən borclu şəxs qismində axtarışda olan 69 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
❗Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.
❗Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
*
❗İyunun 24-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
*
❗Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
İyunun 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 2 qumbara, 1 alışdırıcı, 2 patron darağı və 106 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
*
❗Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir.
İyunun 24-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 5 tüfəng, 1 patron darağı və 15 ədəd patron aşkar edilərək götürülüb.
*
❗Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 24-də ümumi çəkisi 12,5 kiloqrama yaxın narkotik vasitə, həmçinin 100 ədəd metodon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 215 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
*
❗Polis əməkdaşlarının iyunun 24-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
*
❗Dələduzluqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir qadının 4000 ABŞ dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən S.Nərimanov saxlanılıb.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə paytaxt sakini olan bir qadının 2000 manatını və 5000 ABŞ dollarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən M.Qasımov saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
*
❗Nəqliyyat vasitəsinin qaçırılması
Səbail rayonu ərazisindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə 39-cu Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İslam Əmiraslanov avtomobillə birgə saxlanılıb.
Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
*
❗Təndirxanadan külli miqdarda narkotik vasitə aşkarlanıb.
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Mehman Rzayev saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onun üzərindən və yaşadığı evin həyətində yerləşən təndirxanadan 2 kiloqram marixuana aşkarlanıb. Əlavə olaraq saxlanılan şəxsin həyətindən kultivasiya yolu ilə yetişdirdiyi 48 ədəd çətənə bitkisi də aşkarlanıb.
M.Rzayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar aparılır.
*
❗Ağcabədidə oğurluq törətdiyinə görə əvvəllər məhkum olunan şəxs eyni əmələ görə yenidən saxlanılıb.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində mağazadan oğurluq edən Nahid Hüseynov saxlanılıb. Onun tütün məmulatları və içki məhsulları oğurlamaqla mağaza sahibinə maddi ziyan vurduğu müəyyən edilib. Oğurlanmış məhsulların bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
*
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə⤵️
❗İyunun 25-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
❗Axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
❗Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
❗Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
*
❗İyunun 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
*
❗Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
İyunun 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 8 tüfəng, 2 patron darağı və 96 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
*
❗Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir.
İyunun 25-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 qumbara, 1 alışdırıcı, 3 tüfəng və 15 patron darağı aşkar edilərək götürülüb.
*
❗Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 25-də ümumi çəkisi 16,4 kiloqrama yaxın narkotik, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 143 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
*
❗Polis əməkdaşlarının iyunun 25-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
*
❗Dələduzluq
Quba və Sumqayıt şəhər sakinləri olan 2 nəfəri aldadan şəxsin hər birinə hesabına 461 manat pul ödətdirməsi barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Güləli Kazımov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
*
❗Bakıda qara maska taxaraq quldurluq edənlər saxlanılıb
İyunun 23-ü gecə saatlarında Buzovna qəsəbəsində bir evin həyətinə girən 2 maskalı şəxs ev sahibinə kəsici alətlə xəsarət yetirərək onun mobil telefonunu aparıblar.
Daxil olan məlumatla əlaqədar Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Ruslan Hüseynli və 1984-cü il təvəllüdlü Cahid Əkbərov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
*
❗Zaqatalada 5 tona yaxın çətənə kolu məhv edilib
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Mosul kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 4 ton 870 kiloqram olan 9865 ədəd çətənə kolu yandırılaraq məhv edilib.
*
❗Saatlıda iki narkokuryer saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı əcnəbi vətəndaşa narkokuryerlik edən rayon sakinləri Müqəddəs İsgəndərov və Ağarəhim Yolçuyev saxlanılıblar.
Həmin şəxslərdən 2 kiloqram 500 qram heroin, 5 kiloqrama yaxın marixuana, 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.
Araşdırmalar zamanı adıçəkilən şəxslərin sosial şəbəkə vasitəsilə tanış olduqları İran vətəndaşına narkotik vasitə müqabilində kuryerlik etdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanıb, M.İsgəndərov və A.Yolçuyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Şöbə əməkdaşları tərəfindən bu istiqamətdə son günlərdə keçirilən tədbirlər nəticəsində ümumilikdə 7 nəfər saxlanılıb, onlardan müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana götürülüb.
*
❗Məlumat
İyunun 26-da paytaxtın Nərimanov rayonunda qətl hadisəsi törədərək hadisə yerindən qaçan şəxsin sosial şəbəkələrdə mülki şəxslər tərəfindən saxlanılması iddia olunan görüntülər yayılıb. DİN-in Mətbuat Xidmətindən “Turanın səsi ” nə mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, şübhəli şəxsi tərkisilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır.
*
❗Şəkidə bostan bitkilərinin arasında çətənə kolu yetişdirən şəxs saxlanılıb
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan
Taleh Əlimov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin “Turanın səsi ” nə Şəki regional qrupundan bildirilib ki, Aşağı Layısqı kəndində onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən, çəkisi 20 kiloqram olan 44 ədəd çətənə kolu aşkarlanıb. T.Əlimov narkotik tərkibli bitkiləri aprel ayında qazanc əldə etmək məqsədilə əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib. Saxlanılan şəxs çətənə kollarının kənardan görünməməsi üçün ətrafında bostan bitkiləri də becərib.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Əlimov barəsində həbs qətimkan tədbiri seçilib.
*
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə⤵️
❗İyunun 26-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
❗Axtarışda olduğuna görə ümumilikdə 68, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
❗Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.
❗Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.
*
❗İyunun 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
*
❗Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
İyunun 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 21 ədəd tüfəng təhvil götürüblər.
*
❗Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir.
İyunun 26-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tapança, 1 tüfəng, 3 patron darağı və 16 ədəd patron aşkar edilərək götürülüb.
*
❗Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 26-da ümumi çəkisi 6 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 35 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
*
❗Dələduzluqda şübhəli bilinən şəxslər müəyyən edilib
Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə müraciət edən şəhər sakini bir nəfərin onu aldadaraq hesabına 3935 manat ödətdirməsini bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən Mehdi Hüseynzadə müəyyən olunaraq saxlanılıb.
Daha bir dələduzluq hadisəsi ilə bağlı Səbail RPİ 9-cu Polis Bölməsinə məlumat daxil olub. Bakı şəhər sakini olan bir nəfərin 79 manatını dələduzluq yolu ilə hesabına ödətdirməkdə şübhəli bilinən Təhmiras Nəcəfov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Qax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə isə rayon sakini olan bir nəfərin 100 manatını dələduzluq yolu ilə hesabına ödətdirməkdə şübhəli bilinən Mahmud Həmidli müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
*
❗Abşeron və Yasamal rayonları ərazilərində marketlərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 3 marketdən ümumilikdə 615 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Daşqın Abdullayev, Taryel Təhməzov və bir qadın saxlanılıblar.
Araşdırmalar aparılır.
*
❗Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində 3 evdən ümumi dəyəri 7300 manatdan çox olan məişət əşyaları, mobil telefon, noutbuk və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Hilal Əhmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
*
❗Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən bərbər salonlarının birindən orada işləyən bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Seymur Əsədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
*
❗İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 1 ədəd kustar üsulla hazırlanmış tapança və 18 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
*
❗DİN Mətbuat Xidmətinin Quba regional qrupundan “Turanın səsi ” nə daxil olan məlumatıda DİN NBPİ-nin Xaçmaz st XPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlərlə Xaçmaz şəhər sakini Aydın Hüseynovdan 295 qram marixuana götürülüb.
Faktla bağlı araşdırma aparılır.
*
❗Sumqayıt şəhərində yaşayış binalarından birində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bütün zəruri tədbirlər görülür, ərazi və sakinlərin əmlakı mühafizəyə götürülüb.
*
❗İyunun 28-də saat 01 radələrində paytaxtın Sabunçu rayonunda 1993-ci il təvəllüdlü Əhmədov Rasim Etibar oğlunun deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Əliyev Vüqar Əjdər oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır
*
❗Samuxda narkotik yetişdirən şəxs saxlanılıb
Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən Rüstəm Qurbanov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada yetişdirilən 35 ədəd çəkisi 16 kiliqram olan narkotik xassəli çətənə kolları aşkarlanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
*
❗Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Zaur Rəcəbov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan ” Turanın səsi ” nə verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə yetişdirilən və çəkisi 35 kiloqram olan 53 ədəd çətənə kolu aşkarlanıb. Z.Rəcəbov narkotik tərkibli bitkiləri aprel ayında əkdiyini və xüsusi aqrotexniki qaydada qulluq göstərdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Z.Rəcəbov barəsində həbs qətimkan tədbiri seçilib.
Şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən 25 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
*
❗Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 27-də ümumi çəkisi 23,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,3 kiloqrama yaxın heroin, 19,3 kiloqrama yaxın marixuana, 635 qrama yaxın tiryək, 105 qram metamfetamin, 100 ədəd metadon həbi, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 38 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
*
❗Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Aqil Abbasov Zabrat dəmir yolu stansiyası ərazisində saxlanılıb. Ondan 360 qram marixuana aşkar olunaraq götürülüb.
Xaçmaz dəmir yolu stansiyası ərazisində keçirilən tədbirlərlə saxlanılan İmamverdi Piriyevdən isə 180 qram marixuana aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
*
❗Polis əməkdaşlarının iyunun 27-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 19 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
*
❗Dələduzluqda şübhəli bilinən şəxslər müəyyən edilib
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 2023-cü ilin mart ayında Yardımlı rayon sakini olan bir nəfərin 9000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Səfariz Mehdiyev, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə iyunun 10-da Bakı şəhər sakini olan bir nəfərin 4000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Piroğlan Vəlibəyov müəyyən olunaraq saxlanılıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.
*
❗Əmlakı qəsdən məhv etmə
İyunun 26-da gecə saatlarında Qobustan qəsəbəsi ərazisində yerləşən bir mağazanın yanması ilə bağlı Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində aparılan araşdırmalarla yanğının qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Ramin Musayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
*
❗Oğurluq
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 25-də rayon ərazisindəki mağazaların birindən 2700 manat pul oğurlamaqda şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
*
❗Sabirabadda yabanı halda bitmiş çətənə kolları məhv edilib
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Şəhriyar kəndində yabanı halda bitən və ümumi çəkisi 1 ton 800 kiloqram olan 2540 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
*
❗Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərə məxsus “Tufan” markalı mopedi oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Samir Əsədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
*
❗Yasamalda polisin keçirdiyi əməliyyatlar zamanı 10 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən may-iyun ayları ərzində keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə bağlı 120 fakt müəyyən edilib. Qanunsuz dövriyyədən 6 kiloqram marixuana, 3 kiloqram heroin və 1 kiloqram psixotrop maddə metamfetamin çıxarılıb. Saxlanılanlar bir neçəsi narkotikləri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar fasiləsiz olaraq davam etdirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09