Qadın Parlamentarilərin Qlobal Konfransında
Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Sevil Mikayılova və Əminə Ağazadə Qətər Dövlətinin Doha şəhərinə səfər edəcəklər.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Səfər çərçivəsində deputatlar “Terrorizmlə mübarizə və zorakı ekstremizmlə bağlı qanunvericiliyin, siyasət və strategiyaların hazırlanmasında, həyata keçirilməsində və monitorinqində qadın parlamentarilərin rolu” mövzusuna həsr olunmuş Qlobal Konfransda iştirak edəcəklər.
Tədbirdə deputat Əminə Ağazadənin terrorizmlə mübarizə və zorakı ekstremizmin qarşısının alınmasında parlamentarilərin rolu barədə müzakirələrdə çıxışı nəzərdə tutulub.
Səfər iyunun 29-da başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI