Paşinyanın Bakıya bu təklifi İrəvanda həyəcan yaratdı

0

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan hökumətinə müraciət etməsi İrəvanda müzakirələrə səbəb olub. Belə ki, Paşinyanın gərginliyin yaranmasının qarşısını almaq istədiklərini əsas gətirərək, Azərbaycan hökumətinə atəşkəs rejiminin pozulmasının araşdırılması üçün ikitərəfli mexanizmin yaradılmasını təklif edib.

Turanın səsi ” xəbər verir ki, “Hraparak” nəşri mövzu ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq polkovniki Mikael Ambartsumyanın fikirlərini öyrənib.

“Onlar mexanizm yaratmaqla proseslərin qarşısını almaq istəyirlər. Atışma olmasını istəmirlər, olubsa da səbəblərini anlamaq və məsələyə qiymət verməyi düşünürlər. Azərbaycanla müxtəlif məsələlərdə əməkdaşlıq etmək imkanı var. Azərbaycan Ermənistan tərəfinin onlara atəş açdığını iddia edir, lakin Ermənistan bunu təkzib edir. Bizə atışma olub-olmadığını və kim tərəfindən olduğunu deyəcək qurum lazımdır”, – deyə Ambartsumyan bildirib.

Ambartsumyan deyib ki, Azərbaycanla sərhəddə qarşılıqlı hücum və təxribatlarla bağlı baş verən prosesləri əks etdirəcək bir qurumun yaradılması istiqamətində addım atılmalıdır:

“Bu gün Ermənistan müharibəyə səbəb olan addımlar atmayacaq, çünki ümumi siyasət sülhə yönəlib. Həddindən artıq güzəştlər bahasına olsa da, sülhə getməyə hazırdırlar və bunun əsaslı olub-olmadığını zaman göstərəcək. Lakin milli ləyaqətimizə və maraqlarımıza zidd olan addımlar atmamalıdırlar”, – deyə o bildirib. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir