Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedəcək
Azərbaycan vətəndaşları bu Mərakeşə vizasız gedəcək.
“Turanın səsi ” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Deputatlar qanun layihəsinin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.