“Lukaşenkoya etiraz edə bilir, amma Ərdoğana yox…”

0

Politoloq Aleksandr İskəndəryan Paşinyanın son açıqlamalarını şərh etdi – “qarın ağrısı” başqadır…

Ötən cümə axşamı hökumətin növbəti iclasında Ermənistanın baş naziri Nikol Paşinyan Belarus lideri Aleksandr Lukaşenkoya Azərbaycana səfəri zamanı verdiyi bəyanatları xatırladıb. May ayında Lukaşenkon Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və Qarabağdakı müharibəni “azadlıq” adlandırıb. Paşinyan cavabında bildirib ki, Belarusa Lukaşenko rəhbərlik etdiyi müddətdə Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək. Ermənistanın KTMT-yə üzvlüyünə gəlincə, Lukaşenko erməni xalqından üzr istəsə və ya Minsk alyansdan çıxsa İrəvan qurumda qala bilər.

Nəticədə həm İrəvan, həm də Minsk məsləhətləşmələr üçün öz səfirlərini geri çağırıblar. Bundan sonra Ermənistanın xarici işlər naziri Lukaşenkonu legitim hakimiyyətini tanımayan Svetlana Tixanovskaya arasında keçirilən görüş səbəbindən Belarus rəsmi İrəvana etiraz notası verib.


“Ermənistanda “məxməri inqilab”dan sonra siyasətdə münasibətlərin üslubu dəyişib. Ermənistanın əvvəlki hökuməti kifayət qədər qapalı bürokratik kabinet idi və dvlətlərarası bütün münaqişələr ictimailəşmədən həll edilirdi. Ermənistanın yeni hökumətinin mahiyyəti isə başqadır: bu adamlar küçələrdən, Facebook-dan gəliblər. Onların çoxu jurnalistlər, silahı söz olan insanlardır. Bunun nəticəsidir ki, indi bu cür qalmaqallar internetdə və mediada baş verir”.

Musavat.com xəbər verir ki, bu fikirləri politoloq Aleksandr İskəndəryan “Novaya qazeta”ya Belarusla Ermənistan arasında son gərginliyi şərh edərkən deyib.

İskəndəryanın hesab edir ki, İrəvanın əslində Rusiyaya qarşı ola qıcığını Belarusa hücumla göstərir: “İndi baş verənlər Belarusa deyil, Rusiyaya qarşı qıcıqdır. Belarusun Azərbaycana birbaşa dəstək verməsi yeni hadisə deyil. Azərbaycan da postsovet məkanının digər ölkələrindən, məsələn, Ukraynadan dəstək alır. Amma Ukraynaya münasibətdə Ermənistanda belə bəyanatlar verilmir. Paşinyanın Lukaşenlo haqda sözlərinin hansı kontekstdə söyləndiyinə diqqət yetirsəniz, onun əsasən Rusiyadan danışdığı aydın olur. Burada əsas məsələ Ermənistanın KTMT-yə münasibətidir. Üstəlik, KTMT də əsasən Rusiyaya istinad edir, halbuki Belarus bu halda yaşanan böhranın bir elementidir”.

İsgəndəryanın fikrincə, Nikol Paşinyanın Belarusla bağlı bəyanatı daxili erməni auditoriyasına yönəlib: o, siyasi kursun dəyişdiyini nümayiş etdirməyə çalışır. Ermənistan və Belarus arasında iqtisadi əlaqələr Rusiyadakı kimi əhəmiyyətli deyil. Münasibətlərin gərginləşməsi iqtisadi böhrana çevrilmir. Kremlin isə əlində nəhəng təsir alətləri var. Heç kim Rtmənistana qazın qiymətini 10 dəfə qaldırmasına mane olmayacaq. Belə getsə, Ermənistanın başına nə gələcəyi aydındır”.

İskəndəryanın sözlərinə görə, Rusiyanın Ukrayna ilə davam edən münaqişə kontekstində Cənubi Qafqazda ikinci cəbhə açmaq niyyəti və imkanı yoxdur. Elə hallar olub ki, Rusiya Ermənistanla Azərbaycan arasında münaqişəni sadəcə bir telefon zəngi ilə dayandırıb (məsələn, 2016-cı ilin aprelində dörd günlük müharibəni). Amma 2020-ci ilin 44 günlük müharibəsi başlayanda başqa bir oyunçu meydana çıxdı – Azərbaycana açıq dəstək verən Türkiyə. Amma Ermənistanın baş naziri Paşinyan Ərdoğan prezident olduğu müddətdə Ankaraya getməyəcəyini demədi, çünki burada vəziyyət başqadır. Ermənistan artıq faktiki olaraq KTMT-nin üzvü deyil: bu təşkilatla işləmir, görüşlərdə iştirak etmir, maliyyələşdirmir, silah almır. Bu, ciddi böhrandır, onun səbəbləri 2020-ci il Qarabağ müharibəsi, eləcə də Ukraynadakı hərbi əməliyyatlarla bağlıdır. Bu böhranın “əlavələrindən” biri də Ermənistan hakimiyyətinin Belarusa ünvanladığı bəyanatlardır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir