Azərbaycandan 3-cü ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

0


Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 yaşlı Astara rayon sakini İlyas Dadaşov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Turanın səsi ” nə bildirilib ki, ondan 2 kiloqram 100 qram heroin və 3 kiloqram marixuana aşkar olunub. Araşdırmalarla İ.Dadaşovun maddi qazanc müqabilində şəxsiyyəti istintaqla araşdırılan şəxs tərəfindən narkokuryerliyə cəlb olunduğu müəyyən edilib. O, qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən həmin 5 kiloqram narkotik vasitəni sifariş əsasında Rusiya Federasiyası ilə sərhədyanı əraziyə çatdırmalı və bunun qarşılığında 1500 manat gəlir əldə etməli imiş.
Məhkəmənin qərarı ilə İ.Dadaşov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN

ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp


ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir