Qusarda xəstəxananın mühafizəçisi döyülüb

0

Qusarda xəstəxananın

Turanın səsi ” in məlumatına görə, Qusar rayon Mərkəzi Xəstəxanasının mühafizə xidmətinin rəisi, 1991-ci il təvəllüdlü Ruslan Kübərov iş vaxtı naməlum şəxslərin hücumuna məruz qalıb.

Yerli sakinlərin sözlərinə görə, R.Kübərov özünə məxsus kafedə müştərilərlə mübahisə edib. Mübahisə sonra xəstəxanada davam edib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Kübərov Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Anjela Zalova “Report”un yerli bürosunun sorğusuna açıqlamasında faktı təsdiqləyib, yaralının xəstəxana şəraitində müalicə aldığını bildirib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

mühafizəçisi döyülüb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir