İranın yeni prezidenti ilə görüşmək istəyirəm – Putin

Rusiya prezidenti Vladimir Putin İranın yeni prezidenti ilə görüşməyə ümid etdiyini bildirib.

Turanın səsi ” RIA Novosti-yə istinadla xəbər verir ki, o, aparıcı beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşü zamanı deyib:

“Biz İran prezidentinin seçkilərinin keçirilməsini gözləyirik. Ümid edirəm ki, mərhum prezident Rəisinin ilə birlikdə müəyyən edilmiş bütün planların həyata keçirilməsi üçn İranın yeni prezidenti ilə beynəlxalq tədbirlərin keçirildiyi məkanlarda – ŞƏT və BRICKS-də görüşəcəyik”.

Vladimir Putin Rusiya ilə İran arasında əlaqələrin bir çox sahələrdə yaxşı inkişaf etdiyini vurğulayıb.

Rusiya prezidenti əlavə edib ki, İran nüvə sazişi üzrə bütün öhdəliklərini yerinə yetirib, Tehrana qarşı hər hansı iddia irəli sürmək mümkün deyil.

O xatırladıb ki, ABŞ birtərəfli qaydada sazişdən çıxıb. Bununla belə, Avropa ölkələri İrandan sazişin şərtlərini yerinə yetirməsini tələb ediblər.

Putin nüvə sazişi ətrafında mövcud vəziyyəti cəfəngiyat adlandırıb:

“İran sazişdən çıxmadı, ABŞ çıxdı. İndi avropalılar deyirlər: bəli, ABŞ-ın geri çəkilməsi çox yaxşı deyil, amma siz iranlılar, hər şeyə əməl edirsiniz. Niyə də edəsiniz?”

ABŞ (Prezident Barak Obamanın rəhbərliyi altında), Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya və İran arasında nüvə sazişi 2015-ci ildə bağlanıb. Razılaşma iqtisadi sanksiyaların ləğvi müqabilində Tehranın nüvə proqramını məhdudlaşdırırdı. Vaşinqton 2018-ci ildə o vaxtkı prezident Donald Trampın İranın həqiqətən nüvə proqramından əl çəkmədiyini düşündüyü zaman müqavilədən çıxmışdı. Bundan sonra ABŞ sanksiyaları bərpa edib. Buna cavab olaraq, İran üzərinə götürdüyü bəzi öhdəliklərdən imtina etdi və uranın zənginləşdirilməsini razılaşdırılmış 3,67% səviyyəsindən artıq davam etdirdi.

Daha sonra hakimiyyətə gələn ABŞ prezidenti Co Bayden razılaşmaya qayıtmaq istədiyini bildirib. “The Wall Street Journal”ın (WSJ) yazdığı kimi, ABŞ 2022-ci ilin dekabrından bəri İranla nüvə sazişinə qayıtmaq üçün gizli danışıqlar aparır, lakin hələlik heç bir nəticə yoxdur. 2023-cü il fevralın ortalarında beynəlxalq müşahidəçilər İranda 84%-ə qədər zənginləşdirilmiş uranı aşkar ediblər. Bu, nüvə silahı yaratmaq üçün lazım olandan bir qədər azdır, Bloomberg yazıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir