ABŞ Dövlət Departamentindən İsrailə XƏBƏRDARLIQ
ABŞ Dövlət Departamenti İsrailin Livana qarşı mümkün əməliyyatının əleyhinə olduğunu bildirib.
“Turanın səsi ” xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller prosesi yaxından izlədiklərini və bundan çox narahat olduqlarını bəyan edib.
Gündəlik mətbuat konfransında danışan Dövlət Departamentinin rəsmisi İsrailin şimal sərhədində “Hizbullah”la artan gərginliyinə də münasibət bildirərək hər kəsin hazırda Qəzzada atəşkəsə nail olmaq üçün çox çalışdığı bir vaxtda İsrailin şimal sərhədində “Hizbullah”la yeni münaqişəyə girməsinin İsrailə və bölgədəki digər aktorlara fayda verməyəcəyini vurğulayıb.