Türkiyə bu ölkələrə xəbərdarlıq etdi – Vəziyyət gərginləşir…
Türkiyə İran və ABŞ-a xəbərdarlıq edib.
“Turanın səsi ” xəbər verir ki, terror təşkilatı PKK/PYD-nin keçirmək istədiyi qondarma seçkilərlə bağlı Ankara İran və ABŞ başda olmaqla bütün region ölkələrinə açıq şəkildə mesaj verib.
Terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG-nin ABŞ-ın dəstəyi ilə işğal edərək qondarma kantonlar elan etdiyi 7 bölgədə iyunun 11-də bələdiyyə seçkiləri keçirməyə hazırlaşmasına Türkiyənin reaksiyaları da genişlənir. Prezident Ərdoğanın “Biz Türkiyə olaraq heç vaxt seçkilərin legitimliyini qəbul etməyəcəyik” mesajını Xarici İşlər və Milli Müdafiə nazirləri həm həmsöhbətlərinə və beynəlxalq ictimaiyyətə təkrarlayıblar.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin “qondarma seçki” təşəbbüsü ilə bağlı “seçki şərtlərinin yerinə yetirilmədiyi” bəyanatı da Ankarada soyuq qarşılanıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI