İmran Xan sui-qəsd zamanı 16 yara alıb
Xəbər verdiyimiz kimi, noyabrın 3-ü Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd cəhdi olub. Naməlum şəxs İmran Xanın içərisində olduğu avtomobilə atəş açıb. Atəş açan şəxs saxlanılıb.
“Turanın səsi” “GEO” telekanalına istinadən xəbər verir ki, sui-qəsd cəhdinin təfərrüatı məlum olub.
Məlumata görə, keçmiş Baş nazir insident zamanı hər iki ayağından yaralanıb.
Həmçinin oxuyun: Президент присвоил Маису Бархударову звание генерал-лейтенанта
Güllə İmran Xanın sağ ayağına və sol ayağının sümüyünə dəyib.
Həkimlərin sözlərinə görə, İmran Xan xəstəxanaya çatdırılarkən huşsuz vəziyyətdə olub. Onun ayaqlarında 16 yara izi qeydə alınıb.