DİN-in Mətbuat Xidmətindən verilən məlumatlar
❗1-2 iyun tarixlərində ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
❗Axtarışda olduğuna görə ümumilikdə 55, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
* * *
❗Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
* * *
❗Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.
* * *
❗Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
* * *
❗İyunun 1-də və 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 3 patron darağı və 161 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
* * *
❗Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng aşkar edilərək götürülüb.
* * *
❗Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 1-də və 2-də ümumi çəkisi 9,1 kiloqramdan artıq narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 52 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
* * *
❗Polis əməkdaşlarının iyunun 1-də və 2-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib.
* * *
❗İyunun 1-də və 2-də polis itkin düşmüş kimi axtarışda olan 8 nəfəri tapıb
Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 1-də Siyəzən rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 23 yaşlı qız, mayın 7-də Xəzər rayonunun Buzova qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 27 yaşlı oğlan, mayın 24-də Sumqayıt şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 36 yaşlı kişi, mayın 28-də Yasamal rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 45 yaşlı kişi, mayın 30-da Yasamal rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 19 yaşlı qız, mayın 30-da Ağdam rayonunun Quzanlı kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 13 yaşlı qız, mayın 31-də Xəzər rayonunu Binə qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 14 yaşlı qız, iyunun 1-də Masallı rayonunun Çaxırlı kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 16 yaşlı qız tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.
* * *
❗Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb
Abşeron rayonu ərazisində müxtəlif vaxtlarda 3 nəfər şəxsin bank kartlarından 400, 220 və 442 manat pullarının oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumatlar daxil olub.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 1996-cı il təvəllüdlü N.Məmmədova müəyyən olunaraq saxlanılıb.
* * *
❗Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri digər tədbirlərlə müxtəlif vaxtlarda daha 2 nəfər şəxsin bank kartlarından 310 və 6000 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər də oğurluq və dələduzluğa görə məhkum olunmuş Raqif Məmmədov müəyyən olunaraq saxlanılıb.
* * *
❗Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxt sakini olan bir şəxsin bank kartından 480 manat pulunu oğurlamaqda şübhəli bilinən Zaur Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
* * *
❗Dələduzluqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfər şəxsin 26385 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü qadın saxlanılıb.
* * *
❗Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfər şəxsi aldadaraq hesabına 150 manat pul ödətdirməkdə şübhəli bilinən Rəşad Adışov müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
* * *
❗Oğurluq
Mayın 31-də gecə saatlarında Ramana qəsəbəsi ərazisində yerləşən marketlərin birindən 1554 manat dəyərində tütün məmulatı və oradakı ödəmə terminalından 3170 manat pulun oğurlanması barədə Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Həbib Ovçiyev saxlanılıb.
Araşdırma aparılır.
* * *
❗Qusarda “Prius” sürücüsü narkotikin təsiri altında avtomobil idarə edərkən saxlanılıb
Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı “Toyota Prius” markalı nəqliyyat vasitəsinin sürücüsü M. Başaratov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə yol polisləri tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.
M.Başaratovun barəsində müvafiq tədbir görülüb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777- 82- 09