Zəfər Günü ərəfəsində veteranların görüşü
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbənin ikinci ildönümü yaxınlaşır. Bu qəhrəmanlıq səhifəsi Azərbaycan hərb tarixində müstəsna yer tutur, indiki və gələcək nəsillərimiz üçün qürur və iftixar mənbəyidir. Belə ki, torpaqlarımız işğaldan azad edildi, özümüzü güclü dövlət, güclü xalq kimi dünyaya tanıtdırdıq.
Birinci və ikinci Qarabağ müharibələrinin iştirakçısı olmuş məcburi köçkün veteranlardan bir qrupu möhtəşəm Zəfərin ikinci ildönümü ərəfəsində görüşərək keçmiş məğlubiyyətin və indiki qələbənin səbəbləri, hərbi sahədəki nailiyyətlərimiz barədə fikirlərini, həmçinin döyüş təəssüratlarını bölüşüblər. Görüşdə Birinci Qarabağ müharibəsi iştirakçıları Rey Kərimoğlu, Əli Hümbətov, Fəzail Əsədov Vətən müharibəsi iştirakçıları Amil Əbilov, Şiraz Həsənov iştirak ediblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi görüşdən hazırlanmış videoçarxı təqdim edir.