Rusiyanın Xankəndi ilə bağlı YENİ PLANI – RƏSMİ AÇIQLAMA

0

Rusiya Xankəndidə yaxın vaxtlarda baş konsulluğunun açılışı üçün hazırlıqlara başlayacaq və bu işdə Azərbaycanın dəstəyinə ümid edir.

Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.

“İkitərəfli məsələlərdən yaxın gələcəkdə Xankəndidə baş konsulluğun açılmasını qeyd edərdim və bu işdə dəstəyinizə ümid edirəm”, – senator görüş zamanı bildirib.

Onun sözlərinə görə, baş konsulluğun 2024-cü ildə açılması yaxşı olardı.

“Bu, bizə qarşılıqlı konsulluq üzrə fərqi aradan qaldırmağa imkan verəcək”, – Karasin əlavə edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir