Adil Əliyev : Bu gün Azərbaycan xalqının dünyada başı ucadır.

Noyabrın 3-də Nizami Kino Mərkəzində Vətən müharibəsi şəhidi, baş leytenant Muxtar Qasımlıya həsr olunan “Qəhrəman Muxtar Qasımlı” sənədli filminin təqdimatında şəhid ailələri, qazilər, deputatlar, rayon icra hakimiyyətinin başçıları, gənclər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri ilə birlikdə iştirak etdik.


44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun parlaq Qələbə qazandı, neçə-neçə qəhrəman oğullarımız ərazi bütövlüyümüzün bərpası uğrunda canından, qanından keçdi.

Şəhidlik ən ali zirvədir, igidlərimiz canından keçsələrdə torpaqlarımızı geri qaytardılar, məhz Muxtar kimi qəhrəmanların sayəsində bu gün Azərbaycan xalqının dünyada başı ucadır.

Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ordu quruculuğuna xüsusi diqqət yetirilməyə başladı, Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə bu sahə yeni mərhələyə qədəm qoydu.

Ordu qurculuğu, gənclərin vətənpərvər ruhda tərbiyəsi və fiziki hazırlığı tarixi Qələbəməzi şərtləndirən əsas amillərdən oldu.

Bu gün Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva tərəfindən Azərbaycanda şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərilir, eləcə də xalqımız öz qəhrəmanlarını hər zaman dərin hörmət və ehtiramla yad edir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir