Ərdoğan Azərbaycanla bağlı qərar imzaladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol”u təsdiqləyib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə ölkə başçısı qərar imzalayıb.
Xatırladaq ki, sözügedən sənəd ötən il aprelin 29-da imzalanıb. Eyni ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyev sənədi təsdiqləyib. Bu ilin mayında isə yenilənmiş Preferensial Ticarət Sazişinə daxil olan məhsulların adı açıqlanıb.