“LAÇINDA bunu görmək maraqlı idi” – Fransa səfiri
Laçına Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin səfəri çərçivəsində gedən Fransanın səfiri Ann Buayon burada bərpa işləri başladıqdan sonra hansı nailiyyətlərin əldə olunduğunu görmək istədiyini bildirib.
“Turanın səsi ” xəbər verir ki , bunu açıqlamasında diplomat qeyd edib ki, bu, onun Laçına ilk səfəridir:
“Bu mənim Laçına ilk gəlişimdir. Bu gün COP29-a həsr olunmuş tədbir keçirilir və hesab edirəm ki, bu, Azərbaycanın COP29 sədrliyinin prioritetləri haqqında daha çox öyrənmək üçün yaxşı fürsətdir. Bu bizə bu regionun bərpa olunan enerji, turizm və kənd təsərrüfatı istiqamətində bərpası haqqında daha çox məlumat əldə etməyə imkan verdi”.
Laçında aparılan bərpa-quruculuq işlərinin oyatdığı təəssürata gəldikdə isə diplomat buranın çox gözəl olduğunu vurğulayıb:
“Buranın spesifik yer olduğunu anlayıram, çünki Laçında Ağdam və digər bölgələrdə olan dağıntılar yoxdur. Burda bərpa işləri başlayandan sonra hansı nailiyyətlərin əldə olunduğunu görmək maraqlı idi”.
COP29 çərçivəsində əməkdaşlıq barədə isə Fransa səfiri qeyd edib ki, belə bir əməkdaşlıq artıq var:
“COP29-un Prezidenti bir həftə əvvəl Parisdə idi. COP29 qlobal bir hadisədir, dünyanın və uşaqlarımızın gələcəyi üçün COP29-un uğurlarını dəstəkləməliyik”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI