“AzerGold”un xalis mənfəəti 39 % azalıb

0

“AzerGold” QSC ötən ilin 29,402 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub.

Turanın səsi” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 39 % azdır.

Ötən il “AzerGold”un müştərilərlə müqavilələr üzrə gəlirləri 112,074 milyon dollar (əvvəlki illə müqayisədə 1,7 % çox), satışlarının maya dəyəri 51,7 milyon dollar (40,9 % çox), ümumi və inzibati xərcləri 13,361 milyon dollar (34,9 % çox), keyfiyyət və qiymətləndirmə aktivlərinin dəyərsizləşməsi üzrə zərəri 7,071 milyon dollar (12,1 % çox), qeyri-maddi aktivlər, tikili və avadanlıqlar üzrə dəyərsizləşmə zərəri 3,058 milyon dollar (əvvəlki il gəlir olub), sair gəlirləri 2,976 milyon dollar (4,3 dəfə çox), maliyyyə xərcləri 1 milyon dollar (2 dəfə az), mənfəət vergiasi ödəmələri isə 9,458 milyon dollar (1,4% az) təşkil edib.

Bu il yanvarın 1-nə “AzerGold”un aktivləri 200,922 milyon dollar olub ki, bu da illik müqayisədə 43,6 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 1,5 % azalaraq 41,113 milyon dollara, balans kapitalı isə 62,8 % artaraq 159,809 milyon dollara, o cümlədən nizamnamə kapitalı 67,6 % artaraq 36,471 milyon dollara çatıb.

Xatırladaq ki, “AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir