Barmaq izi ilə ödəniş – Alış-verişdə yeni era başlayır
Alış-verişdə yeni dövr başlayır.
“Turanın səsi ” xəbər verir ki, artıq barmaq izi ilə də ödəniş etmək mümkün olacaq. Mütəxəssislər bu ödəniş üsulunun daha təhlükəsiz olacağını bildirirlər.
Türkiyə artıq bu dövrə keçid etməyə hazırlaşır. Garanti BBVA-nın açıqlamasında bildirilib ki, bankın məhsulu olan Bonus Platinum Biometrik Kartla birlikdə təqdim edilən barmaq izini identifikasiya dəsti ilə bir neçə addımda kartlarındakı barmaq izlərini müəyyən edirlər.
Alış-veriş edərkən kartlarını POS cihazının təmassız sahəsinə yaxınlaşdıraraq barmaqlarını kartdakı sensorun üzərinə qoya, barmaq izlərinin yoxlanılması ilə parol daxil etmədən ödənişlərini saniyələr ərzində tamamlaya bilərlər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI