Emin Əmrullayevə ETİRAZ: “Bu tələbi irəli sürməyə kim ixtiyar verir?”

Xəbər verdiyimiz kimi, Qarabağ Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələri üzrə vakansiyalar elan edilib. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Turanın səsi ” xəbər verir ki, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini tutmaq istəyənlər üçün tələb olunan kriteriyalar – magistr diplomu olması, yüksək səviyyədə ingilis dilini yüksək səviyyədə bilməsi və s. narazılıqla qarşılanır. 

Tanınmış jurnalist, Aznews.az saytının baş redaktoru Taleh Şahsuvarlı Elm və Təhsil Nazirliyinin bu tələbinin Azərbaycan konstitusiyasına zidd olduğunu bildirib. Qeyd edib ki, həmin vəzifəni tutmaq istəyən şəxs ilk növbədə Qarabağın tarixini bilməlidir: 

“Qarabağın tarixini bilməyənlər ingilis dilində “çırtdatsa” belə, o postda uğurlu ola bilməz. bir nəfəri o xidmətə tərcüməçi götürürsən, ingilis dilində nə lazımsa edər”. 

Taleh Şahsuvarlı deyib ki, bu vəzifəyə kadr seçimində Vətən müharibəsində iştirak edən jurnalistlərə üstünlük verilməlidir: 

“Xankəndinin azad olunması ilə nəticələn İkinci Qarabağ savaşında 50 nəfərə qədər jurnalist iştirak edib. Bu 50 jurnalistdən birinin qabilyyəti çatmır orada işləməyə? Şəhid övladı olan layiqli kadrlar var, Xankəndidə işləmək onların haqqı deyil? Ən nəhayət, Azərbaycan vətəndaşının Konstitusiya görə, ingilis dili bilmək öhdəliyi varmı? Yoxdursa, istənilən dövlət büdcəsindən maliyyələşən quruma iş elanında ingilis dili tələbi irəli sürməyə kim ixtiyar verir? Bəzi spesfik işlərdə bu tələb irəli sürülə bilər (məsələn tərcüməçi işində), amma ucdantutma bütün vakansiyalar üçün bu tələbi qoymaq Konstitusiyaya ziddir!” 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir