Ukrayna 102 PUA ilə Rusiyaya hücum etdi

Rusiyaya kütləvi dron hücumu olub. 

Turanın səsi ” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Hava Hücumundan Müdafiə sistemləri Rusiyanın regionları üzərində 102 PUA-nı məhv edib və ələ keçirib.

Rusiya MN-nin açıqladığı məlumata görə, 51 PUA Krım üzərində, 44 PUA Krasnodar diyarı üzərində, 6 PUA Belqorod vilayəti üzərində, 1 PUA isə Kursk vilayətinin üzərində vurulub.

Həmçinin Qara dəniz donanmasının dəniz aviasiyası və patrul katerləri Qara dənizdə Ukraynanın 6 pilotsuz katerini məhv edib. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir