Zelenski xarici səfərlərini təxirə saldı

Ukrayna prezidenti Vladimir Zelenski bütün xarici səfərlərini təxirə salıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat yayıb.

“Vladimir Zelenski yaxın günlərdə onun iştirakı ilə planlaşdırılan bütün beynəlxalq tədbirlərin təxirə salınması və yeni tarixlərin razılaşdırılması barədə göstəriş verib. Biz tərəfdaşlarımıza anlayışlarına görə minnətdarıq”.

B qərar Rusiyanın Ukraynanın Xarkov vilayətinə yeni hücumları ilə əlaqələndirilir.

Xatırladaq ki, daha öncə Zelenskinin İspaniya və Portuqaliyaya səfərlərinin təxirə salındığı bildirilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir