Universitetin adı dəyişdirildi – Əsədov qərar imzaladı

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yenidən təşkil edilir.

Turanın səsi ” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, təhsil müəssisəsi Gənclər və İdman Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan İdman Akademiyasına çevrilmə yolu ilə yenidən təşkil olunur.

Qərarla “Azərbaycan İdman Akademiyasının Nizamnaməsi” təsdiqlənib.

Gənclər və İdman Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən üç gün müddətində Azərbaycan İdman Akademiyasının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir