Ukraynaya verilən hərbi texnika artıq döyüş meydanındadır – ABŞ rəsmisi

0

ABŞ Konqresinin təsdiq etdiyi 60,8 milyard dollarlıq hərbi yardım paketinin bir hissəsi kimi ayrılan Amerika hərbi yardımı artıq Ukraynadadır.Turanın səsi ” BBC-yə istinadla xəbər verir ki, bunu ABŞ prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

O bildirib: “Hərbi texnikanın bir hissəsi artıq döyüş meydanındadır. Həftədən həftəyə daimi axın olacaq”.

Sallivan təsdiqləyib ki, Birləşmiş Ştatlar Ukraynaya daha çox “Patriot” hava hücumundan müdafiə sistemləri tədarük etməyə çalışır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir