Vəziyyət kəskinləşdi – Sülh plandan çıxarıldı

Kremldə kadr dəyişiklikləri Rusiyanın uzunmüddətli müharibəyə hazırlığından xəbər verir və heç bir sülh danışıqlarından söhbət getmir.

Turanın səsi ” xəbər verir ki, bunu ukraynalı analitik İqor Çalenko deyib.

“İndiki mərhələdə Nikolay Patruşevin hara gedəcəyi hələ bəlli deyil. Ancaq xüsusilə Belousova gəldikdə, bu, Rusiyanın öz iqtisadiyyatını hərbi xəttə keçirməyə davam etdiyinə və Müdafiə Nazirliyi daxilində korrupsiya ilə bağlı böyük problemləri həll etmək istədiyinə işarədir”, – ekspert bildirib.

Çalenkonun fikrincə, müdafiə naziri təyin edilən Andrey Belousov Prezident Vladimir Putinə yaxın adamdır:

“Bu, Rusiyanın uzunmüddətli müharibəyə hazırlaşdığına işarədir. Bu, bizim üçün müsbət siqnal deyil, amma buna hazır olmalıyıq. Üstəlik, Şoyqunun Təhlükəsizlik Şurasına keçməsi ona təhlükəsizlik blokunu koordinasiya etmək imkanı verir ki, bu da Rusiyanın fəaliyyətində hərbi komponentlərin güclənməsindən xəbər verir. Yeri gəlmişkən, bu, Rusiyanın sülh danışıqları aparmağı planlaşdırmadığına dair böyük mesajdır. Uzunmüddətli və genişmiqyaslı müharibəyə hazırlaşırlar”.

Analitikin fikrincə, Şoyqu üçün Təhlükəsizlik Şurasının katibi vəzifəsinə keçid bir növ sürgün deyil, çünki bu qurum da təsiredici strukturdur: “Son bir neçə ildə Patruşevin gücünü bu vəzifədə olanda görmüşük”.

Eyni zamanda, Çalenko əlavə edib ki, Şoyqunun korrupsioner fəaliyyətlərinin üzərindən sükutla keçilməyəcək, zamanla bunun üzərindən ona təzyiqlər ediləcək.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir