Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi _YER kürəsində güclü maqnit qasıtğası başlayıb

0

Günəşdə ən yüksək X dərəcəli partlayış baş verib.

Turanın səsi ” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Bildirilib ki, bu, son 25 ilin ən güclü partlayışlarından biridir.

Günəş enerjisi emissiyalarının aktiv mərkəzinin yerini nəzərə alan mütəxəssislər mayın 12 və 13-də geomaqnit qasırğalarının olacağını proqnozlaşdırırlar.

Partlayış günəş diskinin cənub-qərb hissəsində lokallaşdırılıb. Bir müddətdir ki, bu sahədə aktivlik var.

Xatırladaq ki, mayın 4-ü və 5-də X dərəcəli 12 partlayış qeydə alınıb.

Yer kürəsində güclü maqnit qasırğası başlayıb

Belə ki, Yerin maqnit sahəsində pozulma beş göstəricili monitorinq şkalası üzrə “güclü” mənasını verən “G3” səviyyəsinə yüksəlib.

Səviyyə “G3” o deməkdir ki, Yer kürəsində enerji sistemləri, o cümlədən təhlükəsizlik sistemlərində yanlış siqnallarla bağlı problemlər ola bilər. Peyk və aşağı tezlikli radionaviqasiyada fasilələr və yüksək tezlikli radio rabitəsində fasilələr də yarana bilər.

Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir