UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq


UEFA Avropa Liqasında bu gün qrup mərhələsinə yekun vurulacaq.

Turanın səsi”-in məlumatına görə, VI turda ümumilikdə 8 qrupda 16 qarşılaşma baş tutacaq.

Türkiyə təmsilçilərindən “Fənərbağça” Polşada Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə üz-üzə gələcək. B qrupunun digər maçtında Fransa “Renn”i Kiprin AEK (Larnaka) klubunu qəbul edəcək. Qrupda “Renn” və “Fənərbağça” ilk iki pilləni təmin edib. Oyunlar qrup liderini müəyyənləşdirmək baxımından əhəmiyyətli olacaq.

Qonşu ölkənin digər komandası “Trabzonspor” Macarıstan “Ferentsvaroş”unu qəbul edəcək. H qrupunda “Monako” (Fransa) – “Srvena Zvezda” (Serbiya) matçı da baş tutacaq.

Sonuncu tur görüşlərindən sonra “Midtüllan” (Danimarka), “Şturm” (Avstriya), “Feyenoord” (Niderland), “Latsio” (İtaliya), “Qarabağ” (Azərbaycan), “Nant” (Fransa), “Monako” (Fransa), “Srvena Zvezda” (Serbiya), “Trabzonspor” (Türkiyə), “Lüdoqorets” (Bolqarıstan), “Roma” (İtaliya), “Yunion” (Berlin, Almaniya) və “Braqa” (Portuqaliya) növbəti mərhələyə vəsiqə qazana bilər.

Daha əvvəl “Arsenal” (İngiltərə), PSV (Niderland), “Fənərbağça” (Türkiyə), “Renn” (Fransa), “Betis” (İspaniya), “Yunion” (Belçika), “Mançester Yunayted” (İngiltərə), “Real Sosyedad” (İspaniya), “Frayburq” (Almaniya) və “Ferentsvaroş” (Macarıstan) qrupdan çıxmağı təmin ediblər.

UEFA Avropa Liqası, qrup mərhələsi
VI tur

E qrupu
21:45. “Real Sosyedad” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
21:45. “Şerif” (Moldova) – “Omoniya” (Kipr)
Xal durumu: “Real Sosyedad” – 15, “Mançester Yunayted” – 12, “Şerif” – 3, “Omoniya” – 0

F qrupu
21:45. “Midtüllan” (Danimarka) – “Şturm” (Avstriya)
21:45. “Feyenoord” (Niderland) – “Latsio” (İtaliya)
Xal durumu: “Latsio” – 8, “Şturm” – 8, “Feyenoord” – 5, “Midtüllan” – 5

G qrupu
21:45. “Qarabağ” (Azərbaycan) – “Frayburq” (Almaniya)
21:45. “Olimpiakos” (Yunanıstan) – “Nant” (Fransa)
Xal durumu: “Frayburq” – 13, “Qarabağ” – 7, “Nant” – 6, “Olimpiakos” – 2

H qrupu
21:45. “Trabzonspor” (Türkiyə) – “Ferentsvaroş” (Macarıstan)
21:45. “Monako” (Fransa) – “Srvena Zvezda” (Serbiya)
Xal durumu: “Ferentsvaroş” – 10, “Monako” – 7, “Trabzonspor” – 6, “Srvena Zvezda” – 6

A qrupu
00:00. “Arsenal” (İngiltərə) – “Sürix” (İsveçrə)
00:00. “Budö Qlimt” (Norveç) – PSV (Niderland)
Xal durumu: “Arsenal” – 12, PSV – 10, “Budö Qlimt” – 4, “Sürix” – 3

B qrupu
00:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Fənərbağça” (Türkiyə)
00:00. “Renn” (Fransa) – AEK (Larnaka, Kipr)
Xal durumu: “Fənərbaxça” – 11, “Renn” – 11, AEK – 4, “Dinamo” – 1

C qrupu
00:00. “Roma” (İtaliya) – “Lüdoqorets” (Bolqarıstan)
00:00. “Betis” (İspaniya) – HİK (Finlandiya)
Xal durumu: “Betis” – 13, “Lüdoqorets” – 7, “Roma” – 7, HİK – 1

D qrupu
00:00. “Yunion” (Belçika) – “Yunion” (Berlin, Almaniya)
00:00. “Braqa” (Portuqaliya) – “Malmö” (İsveç)
Xal durumu: “Yunion” – 13, “Yunion” (Berlin) – 9, “Braqa” – 7, “Malmö” – 0

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir