Anar Kərimov: Proqnozlaşdırıla bilən gələcək dövlət və özəl sektor üçün böyük əhəmiyyət kəsb edir

Proqnozlaşdırıla bilən gələcək həm dövlət, həm də özəl sektor üçün böyük əhəmiyyət kəsb edir.

 “Turanın səsi ” xəbər verir ki, bunu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq Sektorunun rəhbəri Anar Kərimov ADA Universitetində “Gələcəyin formalaşdırılması: strateji uzaqgörənlik” mövzusunda keçirilən tədbirdə deyib.

“Bu əlamətdar gündə – Ümummilli Lider, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə bu konfransın və dəyirmi masanın təşkili rəmzi xarakter daşıyır. Heydər Əliyev müasir Azərbaycanın qurucusudur. Ulu Öndər müstəqilliyimizin bərpasının ilk günlərində üzləşdiyimiz bütün çətinliklərin öhdəsindən gələrək Azərbaycanı xilas edib”, – o vurğulayıb.

A.Kərimov əlavə edib ki, müzakirə olunacaq mövzular strateji uzaqgörənlik baxımından vacibdir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir