Türkiyədə terrorçulara qarşı geniş əməliyyat keçirilib, 92 mağara və sığınacaq məhv edilib

Türkiyənin 11 vilayətində “Bozdağan-37” əməliyyatı keçirilib.

Turanın səsi ” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, əməliyyat nəticəsində 92 mağara və sığınacaq məhv edilib. Həmçinin, 495 kiloqram partlayıcı maddə, 100 əldəqayırma bomba, 1660 kapsula həssas partlayıcı, 9 əl qumbarası, 3 126 ədəd müxtəlif diametrli və ölçülü döyüş sursatı, 2 mina, 8 AK-47 avtomatı və digər silahlar ələ keçirilib.

“Terror təşkilatının logistik məqsədlər üçün istifadə etdiyi yerlər, gizli sığınacaqlar bir-bir aşkarlanaraq məhv edilib”, – nazir bildirib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir