Paşinyan Rusiya kanallarını bağlayacaq
“Düşünürəm ki, hər il iştirak etməməliyəm”.
“Turanın səsi ” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında mayın 9-da Moskvadakı paradda niyə iştirak etməyəcəyi ilə bağlı suala cavabında deyib.
“Keçən il mayın 9-da keçirilən paradda iştirak etmişdim. Mən xatırlamıram ki, hər il mayın 9-da Moskvada keçirilən tədbirlərdə Ermənistanın başqa lideri, hətta heç bir başqa ölkənin lideri iştirak etsin. Sizcə, bu qəribə deyil?”, – Ermənistanın baş naziri bildirib.
Paşinyan Rusiya telekanallarının Ermənistan vətəndaşlarına və Ermənistan dövlətinə hörmət etmədikləri təqdirdə onları bağlayacağını bəyan edib.
“Dəfələrlə xahiş etməyə və tələb etməyə hazırıq, amma alınmasa, Ermənistanın ərazisində söndürməli olacağıq”, – deyə sualı cavablandırıb.
“Ermənistanda 44 günlük müharibədən sonra onlarla insan vətənə xəyanət ittihamı ilə həbs edilib və ya məhkum edilib”, – Paşinyan mətbuat konfransında deyib.
Baş nazir Ermənistanda kəşfiyyat şəbəkələrinin olduğunu açıqlayıb: “Amma onların müəyyən edilməsi və ifşa edilməsi üçün aydın prosedur var. Və bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları bunu hələ sübut edə bilməyiblərsə, sabah bunu edib, nəticələrini cəmiyyətə təqdim edəcəklər”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI