Vətəndaş həmrəyliyinin tarixi ənənələri -DEPUTAT
Beynəlxalq tədbirlər məkanı olan Azərbaycan növbəti dəfə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edərək bir daha öz gücünü, təşkilatçılıq bacarığını ortaya qoydu.
Bu barədə “Turanın səsi ” nə nə açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Mədəniyyətlərarası dioloq platformasına çevrilən forma 100-dən artıq ölkənin nümayəndəsini bir araya gətirdi. Form çox mühüm beynəlxalq platformadır və burada mədəniyyətlərarası dialoq məsələləri muzakirə olundu.
2008-ci ildə Prezident İlham Əliyev müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun və əməkdaşlığın gücləndirilməsi üçün məxsusi təşəbbüsü-“Bakı Prosesi”ni iləri sürmüşdür. Bu cür uzaqgörən yanaşma sərhədləri aşaraq millətlər arasında daha böyük anlaşma və qarşılıqlı hörmətə yol açdı.
Cənab Prezident ölkəmizdə 2016-cı ili “Multikulturalizm ili”, 2017-ci ili isə “İslam həmrəyliyi ili” elan etmişdir. Bu da bəşəri dəyərləri olan ali münasibətin daha bir təzahürüdür.
Azərbaycanın coğrafi mövqeyi, şərq ilə qərb arasında yerləşməsi əsirlər boyu mədəniyyətlərin qovuşduğu məkan olmaqla tolerant mühitin məkanına çevrilib.
Respublikamız çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik dövlət olmaqla, ictimai-siyasi sabitlik, milli-mənəvi birlik, tolerant mühit formalaşdırıb. Bütün dinlərə hörmətlə yanaşaraq müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət göstərir. Dini ocaqlara münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir.
Azərbaycanda müxtəlif etnik qruplar və dinlərin təmsilçiləri bir ailə kimi yaşayır. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır.
Ölkəmizdə müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümümilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradılıb.
Azərbaycanda islam dini ilə birlikdə xristian dini və digər dinlər də əsirlər boyu yaşayıb və indi də yaşayır.
Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra edirlər.
Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır.
Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.
Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayis edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı ölkəyə çevrilib. 44 günlük “Vətən Müharibəsi” zamanı azərbaycanda yaşayan bütün xalqların nümayəndələri cənab Prezidentin ətrafında dəmir yumruq kimi birləşərək torpaqlarımızın azad olunmasında iştirak etdilər. Bu da Azərbaycanda bütün xalqların nümayəndələrinin dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşamasının bariz nümunəsidir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI