Azərbaycan-Qırğızıstan: Artan strateji tərəfdaşlığı TƏHLİL

0

Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq prioritet istiqamətlərdir.

Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır.

Bu barədə “Turanın səsi ” nə nə açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Bu baxımdan Qırğızıstanla Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti mövcuddur. Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Iki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir.
Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda- BMT, ATƏT, İslamm Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO, Şanxay təşkilatı çərçivəsində- həmişə bir-birini dəstəkləyib. Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrlik müddətinin uzadılmasında Qırğızıstan bir mənalı olaraq açıq dəstək verməsi də məhz bu məntiqə əsaslanmışdır.
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhvə verəcək.
Hər il dövlət başçılarının qarşılıqlı səfərlərinin həyata keçirilməsi ikitərəfli və çoxtərəfli əlaqələrin daha da inkişafına öz təsirini göstərəcəkdir.


Vuğulamaq yerinə düşər ki, Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.

Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. Ulu Öndər 1995-ci ilin avqustunda Türkdilli Dövlət başçılarının III Zirvə Görüşü “Manos” eposunun 1000 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib. 2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyəti başlayıb.
Qırğızıstan Prezidentinin Sadır Japarovun 24 aprel 2024-cü il tarixində ölkəmizə səfəri çərçivəsində bir sıra çox mühüm sənədlər, eləcə də yüksək strateji tərəfdaşlıq sənədləri ümumilikdə 18 sənəd imzalanmış, bu sənədlər ölkəmizin gələcək əlaqələrini keyfiyyətcə yeni səviyyəyə çatdıracaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir