Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək
Növbəti ildən Macarıstanın iki əczaçılıq şirkətləri Azərbaycanda fəaliyyətə başlayacaq.
“Turanın səsi ” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının 10-cu iclasında deyib.
O vurğulayıb ki, bu müəssisələrdə 90 adda dərman istehsalı nəzərdə tutulur.
S. Babayev Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdirmək əzmində olduğunu vurğulayıb.